Türkiyə və Yunanıstan güvən artırıcı tədbirlərlə əlaqədar razılığa gəldilər

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə

1624287
Türkiyə və Yunanıstan güvən artırıcı tədbirlərlə əlaqədar razılığa gəldilər

 

  Türkiyə və Yunanıstan güvən artırıcı tədbirlərlə əlaqədar dördüncü dövr yığıncaqları etmə mövzusunda razılaşmaya vardı.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə və Yunanıstan milli müdafiə nazirlikləri güvən artırıcı tədbirlərə bağlı dördüncü dövr yığıncaqlarını reallaşdırma mövzusunda razılaşma əldə ediblər. Planlanan yığıncağın tarixi və digər ayrıntıları yaxınlarda bəlli olacaq.

  Güvən artırıcı tədbirlərin müzakirəsi üçün texniki iclasların keçirilməsi məsələsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberqin telefon söhbəti zamanı qərarlaşdırılmışdı.

  NATO qərargahında olan iclaslarda 2 oktyabr 2020-ci ildə ümumi qanunlarda ortaq anlayış göstərilməsi gərəkliyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr