Türkiyədə birinci və ikinci doza peyvənd olunanların ümumi sayı 20 milyonu ötüb

Türkiyədə yeni növ koronavirusla mübarizə çərçivəsində tətbiq edilən birinci və ikinci doza peyvənd olunanların ümumi sayı 20 milyonu ötüb.

1623923

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində (https://covid19asi.saglik.gov.tr) qeyd olunan peyvənd sayına görə, birinci dozanı vurduranların sayı 12 milyon 208 min 242 nəfərdir.

İkinci doza peyvəndi vurduranların sayı isə 7 milyon 793 min 889-a yüksəlib.

Beləliklə, Türkiyədə peyvənd olunanların sayı 20 milyon 2 min 131-ə çatıb. Hər iki dozanı vurduranların sayı İstanbulda 3 milyon 175 min 5, Ankarada 1 milyon 599 min 907, İzmirdə isə 1 milyon 355 min 164 olub.

Әlaqәli Xәbәrlәr