Süleyman Soylu Yunanıstan tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlarla bağlı paylaşım edib

Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu Yunanıstan qüvvәlәrinin yandırmağa çalışdığı nizamsız qaçqınlarla  bağlı paylaşım edib.

1623346

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә bәyanat verәn Süleyman Soylu Yunanıstan sahil mühafizә dәstәlәrinin Türkiyә sahillәrinә geri qaytardığı miqrantlarla bağlı görüntülәri paylaşıb.

Süleyman Soylu deyib: ‘‘Yunanıstan qüvvәlәrinin insanların üzәrinә benzin tökәrәk yandırmağa çalışması Avropanın nәzarәti altında qәtliam törәtmәtmәkdir’’.

Qeyd edәk ki, Yunanıstan Sahil Mühafizә Xidmәti  tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib. Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilәn 41 qaçqın Çeşme limanına aparılıb.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilәn qaçqınlardan biri deyib: ‘‘Yunanıstan polisi pulumuzu vә telefonlarımızı aldı. Bizә gedin deyәn bir qadın benzin gәtirib üzәrimizә tökәrәk yandırdı’’.

Әlaqәli Xәbәrlәr