“Qıbrızın verdiyi qərar Ramazanda xüsusilə vicdanları yaraladı", F.Oqtay

Fuad Oqtay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Şimali Kiprin başçısı Ersin Tatar və ölkənin baş naziri Ersan Sanerə zəng vurub

1622984
“Qıbrızın verdiyi qərar Ramazanda xüsusilə vicdanları yaraladı", F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay Şimali Kipr Türk Respublikası Konstitusiya Məhkəməsinin Quran kursu qərarıyla əlaqədar "Verilən qərar yaşadığımız Ramazan ayında xüsusilə vicdanları yaraladı" dedi.

  Fuad Oqtay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Şimali Kiprin başçısı Ersin Tatar və ölkənin baş naziri Ersan Sanerə zəng vurub, bu qərar və sonra edilə biləcək tənzimləmələrlə bağlı danışaraq deyib: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 16-da Qıbrıza gəldi. Mövzu ilə bağlı söhbətlər davam edir. Dövlət lazımi nəzarəti təmin edərək hər kəsin din və vicdan azadlığını qorumaq məcburiyyətindədir. Türkiyədə necə ki Diyanət İşləri İdarəsi dövlətin nəzarəti çərçivəsində dini təhsili verir, Qıbrızın da Dini İşlər İdarəsi bunu edə bilməlidir. Biz Qıbrızda din və vicdan azadlığının zəmanət altına alınmasına əhəmiyyət veririk və bunun təqibçisi olacağıq”.



Әlaqәli Xәbәrlәr