Kocaelində də Meksikanın konsulluğu açıldı

Meksikanın Kocaeli Fəxri Konsulluğu İzmit qəsəbəsində fəaliyyətə başladı

1620650
Kocaelində də Meksikanın konsulluğu açıldı

 

  Meksikanın Kocaeli Fəxri Konsulluğu İzmit qəsəbəsində fəaliyyətə başladı.

  İstanbuldakı Meksika baş konsulu Mariya İsabel Arvide Limon, Meksikanın Türkiyə Səfirliyinin konsulu Eduardo Villa Molina ilə səfirliyin ticarət və mədəniyyət attaşesi Mario Çaparro Altamiranonun da iştirak etdiyi açılış mərasimində çıxış edən Meksikanın Türkiyədəki səfiri Xose Luis Martinez Hernandes Kocaeli fəxri konsulu vəzifəsinə təyin edilən Nazlı Dərəli Obanın iki ölkə arasında var olan dinamik əlaqələrinin güclənməsinə xidmət edəcəyini söyləyərək deyib: “Obanın ticarət, iqtisadiyyat, turizm və mədəniyyət sahəsində irəliləyişlər əldə edəcəyinə inanırıq. Kocaeli kimi dinamik və yüksək potensiallı bir şəhərdə də xidmət göstərmək bizə ayrı bir şərəfdir."

  Çıxışlardan sonra Meksikanın Kocaeli Fəxri Konsulluğu açılıb. Mərasimdə Nazlı Dərəli Oba fəxri konsul akreditə sənədi və möhürü təqdim edilib.

  Beləliklə, İzmir və Antaliya ilə yanaşı, Türkiyənin Kocaeli şəhərində də Meksikanın Fəxri Konsulluğu açılıb.



Әlaqәli Xәbәrlәr