İzmir sahillərində daha 117 miqrant xilas edilib

İzmir vilayətinin Çeşme və Dikili qəsəbələrində Yunanistan adalarına gedməyə cəhd edərkən bu ölkənin sahil mühafizəsi dəstələri tərəfindən Türkiyənin ərazi sularına qaytarılan 117 qaçqın xilas edilib.

1620781
İzmir sahillərində daha 117 miqrant xilas edilib

Məlumata görə Çeşmə qəsəbəsi yaxınlığında nəzarət uçuşu aparan sahil mühafizəsi təyyarəsi rezin qayıqda bir qrup qaçqının olduğunu təsbit edərək vəzifəlilərə xəbər verilib. Buna görə hərəkətə keçən sahil mühafizə dəstələri rezin qayıqda qapalı qalan qaçqınları xilas edib.

Dikili qəsəbəsinin Badəmli ərazi sularında isə Yunan qüvvələri tərəfindən sıxışdırılan 23 miqrant sahilə çıxarılıb. Xilas edilən qaçqınlar İmmiqrasiya xidmətləri idarəsinə cəlb olunublar.



Әlaqәli Xәbәrlәr