Türkiyə Dəyanət Fondundan daha 20 ölkədə su quyusu və çeşmə

Türkiyə Dəyanət Fondu (Türkiye Diyanet Vakfı - TDV) məlumat verir

1619516
Türkiyə Dəyanət Fondundan daha 20 ölkədə su quyusu və çeşmə

 

  Türkiyə Dəyanət Fondu (Türkiye Diyanet Vakfı - TDV) 20 ölkədə 111 su quyusu və çeşmə açacaq ki, bunlardan 1 milyondan çox adam istifadə edəcək.

  TDV-dən verilən məlumata görə, Türkiyə Dəyanət Fondu İdarə Heyətinin həmsədri İhsan Açık yardım çatdırdıqları insanların maddi və mənəvi ehtiyaclarının qarşılana bilməsi üçün səy göstərdiklərini vurğulayaraq deyib: “Həyat üçün vacib olan hər şeyi etmək məqsədimizdir və işlərimizi də bu istiqamətdə reallaşdırırıq.

  Ramazanda 75 ölkədə ümidlə yolumuzu gözləyən məzlum və ehtiyac sahiblərinə yardım çatdıran qruplarımız ehtiyac duyulan ölkə və bölgələrdə su quyusu və çeşmələr də açacaq. Bu çərçivədə 20 ölkədə 111 su quyusu və çeşməmizin açılışını reallaşdıraraq təmiz içməli su əldə etməkdə çox böyük çətinliklər yaşayan insanları su ilə qovuşduracağıq. Qurulacaq bu çeşmələrdən 1 milyondan çox adam faydalana biləcək.

  Qeyd edim ki, 2015-2020-ci illəri arasında 32 ölkədə 440 su quyusu və çeşmə açmışıq.



Әlaqәli Xәbәrlәr