Mövlud Çavuşoğlu Hanif Atmar ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın xarici işlər naziri Hanif Atmar ilə telefonla danışıb.

1619537
Mövlud Çavuşoğlu Hanif Atmar ilə telefonla danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın xarici işlər naziri Hanif Atmar ilə telefonla danışıb. 

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, dünən (11 aprel) iki həmkar telefonla danışıblar. 

Telefon söhbətində İstanbul Konfransı ilə bağlı mövzular müzakirə edilib. 

Türkiyə Əfqanıstanda sülh prosesi üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Qətər ilə koordinasiyalı şəkildə əfqan tərəflərlə görüşlər keçirir. 

Xarici İşlər Nazirliyi İstanbuldakı yığıncaq üçün iştirakçı ölkələr, nümayəndələrin səviyyəsi və iştirak qaydaları üzərində işləyir və yığıncaq mövzuları ilə əlaqədar tərəflərlə məsləhətləşmələr aparır.

Xarici işlər naziri Çavuşoğlu, əfqan və qətərli həmkarlarıyla, ayrıca tərəflərin səlahiyyətliləri ilə də telefon danışıqları aparır.

Diplomatik qaynaqlar Əfqanıstan tərəfi ilə aparılan danışıqların tam şəffaflığı ilə aparıldığını, Türkiyənin hər iki tərəfin də etimadına sahib olmasının əhəmiyyətli bir üstünlüyə sahib olduğuna diqqət çəkir.



Әlaqәli Xәbәrlәr