Baş nazir Əbdülhəmid Dibeybe kabineti ilə birlikdə Türkiyəyə səfərə gəlir

Liviya Milli Birlik Hökümətinin Baş naziri Əbdülhəmid Dibeybe, kabineti ilə birlikdə bu gün Türkiyəyə gələcək.

1619192
Baş nazir Əbdülhəmid Dibeybe kabineti ilə birlikdə Türkiyəyə səfərə gəlir

Liviya Milli Birlik Hökümətinin Baş naziri Əbdülhəmid Dibeybe, kabineti ilə birlikdə bu gün Türkiyəyə gələcək. 
Dibeybeni baş nazirin 5 müavini və 14 nazir müşayiət edəcək.

Dibeybenin Ankarada keçirəcəyi görüşlərdə birgə məsələlər müzakirə ediləcək.

Liviya Hökümətinin sözçüsü Məhəmmed Hammude görüşlər çərçivəsində enerji və sağlıq kimi xidmət sektorunda müxtəlif birgə mövzuların müzakirə ediləcəyini bildirib. 

Türk şirkətlərinin Liviyadakı böhran səbəbiylə dayandırılmış fəaliyyətlərinin bərpa edilməsi mövzusu da müzakirə olunacaq.

Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr