Ukrayna və Türkiyənin ortaq bəyanatı

İstanbuldakı Huber Köşkündə heyətlərarası görüşdən sonra verilən bəyanatda bildirilir

1618863
Ukrayna və Türkiyənin ortaq bəyanatı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski aprelin 10-da reallaşan görüşdən sonra ortaq bəyanat qəbul ediblər.  

  İstanbuldakı Huber Köşkündə heyətlərarası görüşdən sonra verilən bəyanatda Ukraynanın beynəlxalq tanınmış sərhədləri içində torpaq bütövlüyü və suverenliyinə qeyd-şərtsiz dəstək yenidən təsdiqləndi, Krım Muxtar Respublikası və Sevastopol şəhəri ilə Donetsk və Luqansk bölgələrinin işğaldan qurtarılması ilə bağlı addımlarda koordinasiyanın davam etdirilməsi qərarlaşdırıldı.

  Krımın Rusiya Federasiyası tərəfindən hüquqa zidd və qeyri-qanuni ilhaqını müzakirə məqsədiylə Ukraynanın təklifi ilə Krım Platformasının qurulması razılaşdırıldı.

  Bəyanatda işğal altında olan Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqlarının qorunması və hüquqa zidd şəkildə nəzarətə alınan Krım qatarları daxil olmaqla bütün Ukrayna vətəndaşlarının azad edilməsi ilə bağlı beynəlxalq hüquq çərçivəsində səylərin birlikdə yürüdülməsi qərara alındı.

  Ukraynanın NATO-ya üzvlük perspektivi vurğulandı.



Әlaqәli Xәbәrlәr