Türkiyə SİHA-larının TİHA-sı sınaqları uğurla başa vurdu

“Baykar”ın texniki müdiri Səlcuq Bayraqdar “twitter”də etdiyi paylaşmada yazıb

1618851
Türkiyə SİHA-larının TİHA-sı sınaqları uğurla başa vurdu

 

  Türkiyənin pilotsuz uçan aparatlar istehsalçısı “Baykar Makina” tərəfindən inkişaf etdirilən “Akıncı” hücumçu pilotsuz uçan aparatının (Taarruzi İnsansız Hava Aracı - TİHA) üçüncü prototipinin (Akıncı PT-3) orta yüksəklikli sınaqları müvəffəqiyyətlə tamamlandı.

  “Baykar”ın texniki müdiri Səlcuq Bayraqdar “twitter”də etdiyi paylaşmada yazıb: “Prototipin orta yüksəklikli testləri uğurla başa çatdı. Səmalarımızda hürr və azad."

  S.Bayraqdar “Akıncı PT-3”ün sözügedən testinin videosunu da paylaşıb.

  Qeyd edək ki, Səlcuq Bayraqdar 27 martda etdiyi paylaşmada “Akıncı PT-3”ün birinci uçuşunun müvəffəqiyyətlə tamamlandığını bildirmişdi.

  Türkiyə SİHA-ları Suriya, Liviya və Qarabağda göstərdikləri performansla rəqiblərinə qarşı üstünlüyünü sübut etmiş silahlı pilotsiz uçan aparatlar kimi tanınır.



Әlaqәli Xәbәrlәr