Türkiyənin 2016 - 2021-ci illər arası terrorla mübarizə hesabatı

Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial media hesabından etdiyi paylaşmada yazıb

1618719
Türkiyənin 2016 - 2021-ci illər arası terrorla mübarizə hesabatı

 

  Sosial media hesabından etdiyi paylaşmada Türkiyənin daxili işlər naziri Süleyman Soylu 15 iyul 2016-cı ildən bəri terrorla mübarizə sahəsində icra edilən işlərlə bağlı məlumat verərək bildirib: “30-u qırmızı, 27-si mavi, 28-i yaşıl, 63-ü narıncı, 314-ü boz kateqoriyada axtarılan 462 sözdə “yüksək vəzifəli” terrorçu zərərsizləşdirilib. Bundan başqa,

  • 2017-ci ildə 1997,
  • 2018-ci ildə 1636,
  • 2019-cu ildə 1628,
  • 2020-ci ildə 1171 və
  • 2021-ci ildə 284 olmaqla

ümumi halda 6716 terrorçu zərərsiləşdirilib.

  • 2017-ci ildə 161,
  • 2018-ci ildə 136,
  • 2019-cu ildə 130,
  • 2020-ci ildə 53 və
  • 2021-ci ildə 12 nəfər

terror təşkilatına qatılıb.

  Bölücü terror təşkilatı PKK/KCK-dən razısalma yolu ilə

  • 2017-ci ildə 135,
  • 2018-ci ildə 165,
  • 2019-cu ildə 273,
  • 2020-ci ildə 243 və
  • 2021-ci ildə 45 olmaqla

861 terrorçu təslim olub.

  • 2017-ci ildə 697,
  • 2018-ci ildə 361,
  • 2019-cu ildə 309,
  • 2020-ci ildə 248 və
  • 2021-ci ildə 40 terror aktına maneə törədilib.


Әlaqәli Xәbәrlәr