“Türksat 5A mayın ilk həftəsi Şərq orbitinə çatacaq”, A.Karaismailoğlu

Sözügedən mövzu ilə bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib...

1616675
“Türksat 5A mayın ilk həftəsi Şərq orbitinə çatacaq”, A.Karaismailoğlu

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türksat 5A-nın may ayının ilk həftəsi 31 dərəcə Şərq orbitinə çatacağını söylədi.

  Türkiyənin peyk və kosmik rabitə vasitəsi Türksat 5A, 5B və 6A peyklərilə bağlı son proseslərə dair paytaxt Ankaranın Türksat Anonim Şirkəti Gölbaşı Mərkəzində təşkil edilən mətbuat konfransında çıxış edən A.Karaismailoğlu deyib: “Türksat 5B rabitə peykimizi bu ilin dördüncü rübündə kosmosa göndərəcəyik. Türksat 6A-nı isə 2022-ci ildə fəzaya buraxmağı planlaşdırırıq”.      



Әlaqәli Xәbәrlәr