“Əgər Ramazan ayında yoluxma rəqəmləri aşağı enərsə…” R.T.Ərdoğan

AK Partiyanın Genişləndirillmiş Rayon Başçıları Toplantısında (Partisinin Genişletilmiş İl Başkanları Toplantısı) çıxış edən Ərdoğan deyib...

1616764
“Əgər Ramazan ayında yoluxma rəqəmləri aşağı enərsə…” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan ölkənin turizm potensialının çox böyük olduğuna diqqət çəkib.

  AK Partiyanın Genişləndirilmiş Rayon Başçıları Toplantısında (Partisinin Genişletilmiş İl Başkanları Toplantısı) çıxış edən Ərdoğan Türkiyənin qarşısında yeni bir dövrün açıldığını vurğulayaraq deyib: "21-ci əsr lider ölkə hədəfinə çatacağımız bir dövr olacaq.

  Türkiyənin turizm sektorunda potensialı yüksəkdir.

  Yeni tip koronavirus tədbirlərini artırmaqda məqsədimiz odur ki, Ramazan ayını istirahət edib bayramdan sonra gözəl günlərə hazırlaşaq.

  Türkiyənin təkbaşına epidemiya tədbirlərini yumşaltması və ya yenməsi əsas deyil. Mühüm olan yaxın insani və ticari əlaqədə olduğumuz coğrafiyalar başda olmaqla, dünya üzrə ümumi yaxşılaşmanın arxasında qalmamaq, hətta mümkünsə qarşısında getməkdir.

  Əgər biz Ramazan ayı tədbirlərimizlə yoluxma halları rəqəmlərini bir neçə min aşağı sala bilsək, may ayında turizm mövsümü və bununla bağlı ticarət canlanmasını qazana bilərik."



Әlaqәli Xәbәrlәr