Yəmən hökuməti Türkiyəni təqdir etdi

SEBA Yəmən xəbər agentliyinin məlumatına görə...

1615371
Yəmən hökuməti Türkiyəni təqdir etdi

 

  Yəmən Şura Məclisinin sədri Əhməd ibn Dağr Türkiyənin Yəməni dəstəkləyən mövqeyini təqdir etdiklərini bildirdi.

  SEBA Yəmən xəbər agentliyinin məlumatına görə, ibn Dağr vəzifə müddəti başa çatmaqda olan Türkiyənin Yəmən üzrə səfiri Faruk Bozgöz ilə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda bir araya gəlib.

  İki ölkə arasındakı əlaqələrin müzakirə olunduğu görüşdə Əhməd ibn Dağr Türkiyənin Yəmənin təhlükəsizlik, sabitlik və torpaq bütövlüyünü dəstəkləyən mövqeyini, beynəlxalq platformalarda qanuni hökumət tərəfdarı rəftarını və humanitar yardım sahəsində işlərini təqdir etdiklərini söyləyib.

  Faruk Bozgöz də öz növbəsində Türkiyə hökumətinin Yəməndə sülhə xidmət edən bütün işləri dəstəklədiklərini vurğulayıb.

  Yəmən Şura Məclisinin sədri ilə Türkiyə səfirinin görüşündə Birləşmiş Millətlər Təşkilatının başçılığı ilə icra edilən sülh çalışmaları da dəyərləndirilib.

  Xatırladaq ki, uzun müddətdir siyasi sabitliksizliyin hökm sürdüyü Yəməndə İran dəstəkli husilər 2014-cü ilin sentyabrından bu yana paytaxt Sana və bəzi bölgələrin idarəsini əlində tutur.

  Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri isə 2015-ci ilin martından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr