Ərdoğanın dəvətilə Aİ nümayəndələri Türkiyəyə gəlir

Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə...

1615272
Ərdoğanın dəvətilə Aİ nümayəndələri Türkiyəyə gəlir

 

  Avropa İttifaqı Şurasının başçısı Çarlz Mişel (Charles Michel) və komissiya sədri Ursula von der Leyen ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə aprelin 6-da Türkiyəyə rəsmi səfərə gəlirlər.

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, səfər zamanı təşkil ediləcək görüşlərdə Türkiyə-Avropa İttifaqı əlaqələri bütün istiqamətləriylə nəzərdən keçiriləcək, ittifaqla əməkdaşlığın iştirak perspektivi üçün atıla biləcək addımlar müzakirə olunacaq, o cümlədən, aktual bölgə məsələləri və beynəlxalq proseslər haqqında fikir mübadiləsi olacaq.



Әlaqәli Xәbәrlәr