Abdulhәmit Gül Bojan Marichikij ilә görüşüb

Türkiyәnin әdliyyә naziri Abdulhәmit Gül Şimali Makedoniya әdliyyә naziri Bojan Marichikijin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә görüşüb.

1615823
Abdulhәmit Gül Bojan Marichikij ilә görüşüb

 

Türkiyәnin әdliyyә naziri Abdulhәmit Gül Şimali Makedoniya әdliyyә naziri Bojan Marichikijin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә görüşüb.

Bu barәdә Türkiyәnin Әdliyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, görüşdә iki ölkә arasındakı әdliyyә sahәsindәki әlaqәlәr müzakirә olunub.

Görüşdә son dövrdә hüquq vә insan hüquqları sahәsindә hәyata keçirilәn islahatlara toxunan nazir Abdulhәmit Gül Fәtullahçı terror tәşkilatı (FETÖ) ilә mübarizә başda olmaqla Türkiyәnin terrorla mübarizәdәki әmәkdaşlığını vurğulayıb.

Şimali Makedoniya әdliyyә naziri Bojan Marichikij da öz növbәsindә Türkiyәnin hәr sahәdә terrorla mübarizәsinә dәstәk verdiklәrini vә әmәkdaşlığa hazır olduqlarını bildirib.

Bojan Marichikij ölkәsindәki әdliyyә sistemi ilә bağlı proseslәrlә әlaqәdar mәlumat verәrәk Türkiyәdә mәhkәmә işlәrindә rәqәmsallaşma ilә bağlı atılan addımları yaxından tәqib etdiklәrini deyib.

Ədliyyə naziri Abdulhәmit  Gül dә  rəqəmsallaşdırma ilә bağlı  Şimali Makedoniyaya hər növ dəstəyi verməyə hazır olduqlarını bildirdi.

 

 



Әlaqәli Xәbәrlәr