Türkiyə Somalidəki terror hücumlarını qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə bildirilir...

1614215
Türkiyə Somalidəki terror hücumlarını qınadı

 

  Türkiyə Somalidə çox sayda əsgər və vətəndaşın ölümünə səbəb olan terror hücumlarını qınadı.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə bildirilir: “Aprelin 3-ündə edilən terror hücumları nəticəsində çox sayda əsgər və vətəndaşın həyatını itirməsini böyük kədər hissi ilə qarşılayırıq. Bu mənfur terror hücumlarını kəskin şəkildə qınayır, dost və qardaş Somali hökuməti ilə xalqına ürəkdən başsağlıqlarımızı yetiririk. Hücumlarda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara tezlikə şəfa tapmalarını diləyirik.

  Türkiyə terrorla mübarizədə Somali hökuməti və xalqının yanında olmağa davam edir”.

  Qeyd edək ki, Somali ordu komandirlərindən briqada generalı Məhəmməd Tahaliil dövlət radiosuna müsahibəsində Eş-Şebab terrorçularının Aşağı Şabel bölgəsində Bariir və Avdheqldəki hərbi bazalara hücum etdiyini deyib. Əsgərlər hücuma cavab olaraq təşkil etdikləri əməliyyatla 76 terroçunu öldürmüş, 10-unu tutmuşdular. Eyni zamanda, əməliyyatda çox sayda əsgər də həyatını itirib.

  Eş-Şebab Bariir hərbi bazasında 47 əsgərin öldürüldüyünü, çox sayda hərbi maşının da ələ keçirildiyini deyir.

  Paytaxt Moqadişuda təşkil edilən bombalı intihar hücumunda isə biri körpə olmaqla 5 adam həyatını itirib.

  Eş-Şebab bölgədə tez-tez təhlükəsizlik qüvvələri və vətəndaş yerlərini hədəfə alan hücumlar edir.



Әlaqәli Xәbәrlәr