Avropa İttifaqı rəhbər nümayəndələrinin Türkiyəyə gəlişinə dair fikirlər

“Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen və Aİ Şurasının başçısı Çarlz Mişelin (Charles Michel) 6 apreldə Türkiyəyə edəcəkləri səfər xüsusilə mühacir məsləsi və mövcud gündəmə qatqı təmin edəcək”

1614441
Avropa İttifaqı rəhbər nümayəndələrinin Türkiyəyə gəlişinə dair fikirlər

 

  “Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen və Aİ Şurasının başçısı Çarlz Mişelin (Charles Michel) 6 apreldə Türkiyəyə edəcəkləri səfər xüsusilə mühacir məsləsi və mövcud gündəmə qatqı təmin edəcək”.

  Bu sözləri Hacı Bayram Vəli Universiteti Beynəlxalq Əlaqələr Bölümünün (Hacı Bayram Veli Üniversitesi Uluslararası İlişkiler Bölüm) professoru Mustafa Nail Alkan deyib: “Türkiyə - Avropa İttifaqı əlaqələrində mühacir mövzusu mühüm rol oynayır və Aİ-nin bu barədə Türkiyəyə ehtiyacı var. Eyni zamanda, Liviya, Suriya və Cənub Qafqazda böhranların həllində də ittifaq Türkiyəyə ehtiyac hiss edir”.

  İqtisadi İnkişaf Fondunun (İktisadi Kalkınma Vakfı - İKV) baş katibi və Yıldız Texniki Universitetinin (Yıldız Teknik Üniversitesi) müəllimi Çiğdem Nas da Türkiyə ilə Avropa İttifaqı arasında görüşlərin çoxalmasının əhəmiyyətli olduğunu vurğulayıb: “Müsbət gündəm” adlandırılan mühit yeni-yeni yaranmaq üzrədir”.

  Başkent Universiteti Siyasət Elmi və Beynəlxalq Əlaqələr Bölümünün (Başkent Üniversitesi Siyaset Bilimi ve Uluslararası İlişkiler Bölümü) müəllimi Sezgin Mərcan həm də Türkiyənin Avropa İttifaqından viza sərəbəstliyi və Gömrük Birliyi mövzularında hərəkətlənmə gözlədiyini yazaraq görüşlərin bu kimi mövzulara faydası toxunacağı fikrindədir.  



Әlaqәli Xәbәrlәr