Hulusi Akar Gökçeadaya sәfәr edib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akarın rәhbәrlik etdiyi nümayәndә heyәti Gökçeadaya sәfәr edib.

1613856
Hulusi Akar Gökçeadaya sәfәr edib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akarın rәhbәrlik etdiyi nümayәndә heyәti Gökçeadaya sәfәr edib.

Hulusi Ararın rәhbәrliyindәki heyәt sәfәr çәrçivәsindә Hökumәt Evinә baş çәkib.

Sәfәr zamanı Hulusi Akarı Gökçeada müftisi Celal Atasoy, Bozcaada və Gökçeada Metropoliti Kyrillos Sykis və Özәl Gökçeada Yunan Liseyinin müdiri İoakim Kamburopulos müşaiyәt ediblәr.

Sәmimi mühütdә baş tutan görüşdә çıxış edәn Hulusi Akar  hәrbi helikopterlә Çanaqqalaya aparılan ancaq bir müddәt sonra müalicә olunduğu xәstәxanada hәyatını itirәn yunan  müәllim İoannis Kutidislә әlaqәdar adadakı Rum icmasına başsağlığı verib.

Hulusi Akara tәşәkkür edәn Gökçeada Metropoliti Kyrillos Sykis və Özәl Gökçeada Yunan Liseyinin müdiri deyib: ‘‘Təəssüf ki, onu itirdik.Rum icması olaraq yoldaşımızın müalicә edilmәsi üçün  verdiyiniz dәstәyә görә sizә minnәtdarıq. Әsgәrlәrimiz bizә hәr zaman kömәk edir. Bu sәbәbdәn onlara da minnәtdarıq’’.



Әlaqәli Xәbәrlәr