“Biz Aİ-dən verdiyi sözü yerinə yetirməsini gözləyirik”, Y.S.Kıran

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Aİ-nin birgə təşkil etdiyi "Suriya və bölgənin gələcəyinin dəstəklənməsi" mövzusunda V Suriya Konfransı onlayn nazirlər yığıncağında çıxış edən Y.S.Kıran deyib...

1611677
“Biz Aİ-dən verdiyi sözü yerinə yetirməsini gözləyirik”, Y.S.Kıran

 

  Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran beynəlxalq ictimaiyyətin Suriyadakı insan tragediyasını aradan qaldırmaq üçün birlikdə qalıcı həllər üçün çalışması və Avropa İttifaqının (Aİ) Türkiyənin çiyinlərinə aldığı ağır yükü paylaşması lazım olduğunu söylədi.

  Birləşmiş Millətlər Təşkilatı (BMT) və Aİ-nin birgə təşkil etdiyi "Suriya və bölgənin gələcəyinin dəstəklənməsi" mövzusunda V Suriya Konfransı onlayn nazirlər yığıncağında çıxış edən Y.S.Kıran deyib: “Suriya böhranı başlanandan bu 10 il ərzində İkinci Dünya Müharibəsindən bu yana daha böyük insan tragediyası yaşanıb. Türkiyədə 4 milyon yerindən-yurdundan didərgin düşmüş insan var və bunların 3,7 milyonu suriyalıdır. Mühacirlərin həyat haqqını qorumaq qanuni və əxlaqlı bir məsuliyyətdir. Yunanıstanın onları geri itələməsi və sığınma haqlarını rədd etməsi beynəlxalq hüquqa ziddir.

  Biz suriyalı mühacirlərin mövcud həyat şərtlərini yaxşılaşdırmaq üçün var gücümüzlə çalışırıq. Beynəlxalq cəmiyyət və Aİ də Suriyada lazımi infrastrukturu qurmaq üçün daha çoxunu etməlidir.

  Türkiyədəki Mühacirlər üçün Maliyyə Yardım Proqramı (FRİT) çərçivəsində Avropa İttifaqı verdiyi 3+3 milyard avro sözünü hələ də tam yerinə yetirə bilməyib və biz Aİ-dən öhdəliklərini yerinə yetirməsini gözləyirik”.



Әlaqәli Xәbәrlәr