Türkiyә prezidenti beynәlxalq ictimaiyyәtә peyvәndlә bağlı çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin dövlət və hökumət başçılarının iştirakı ilə təşkil etdiyi “COVID-19 və ondan sonra inkişafın maliyyələşdirilməsi” adlı onlayn tədbirində çıxış edib.

1611257

Rәcәb Tayyib Әrdoğan çıxışında bildirib ki, yeni növ koronavirus epidemiyası qlobal sistemdəki çatışmazlıqları bir daha gün üzünə çıxarıb.

Türkiyә prezidenti deyib: “Peyvәnd mәsәlәsi çox çәtinlәşib. Hәlə də 100-ə yaxın ölkə peyvənd əldə edə bilməyib. Peyvəndə ədalətli əlçatanlıq zəmanət altına alınmayacağı təqdirdə koronavirus epidemiyasının başa çatmayacağı ortadadır. Yerli peyvənd istehsalı ilə bağlı fәaliyyәtlәrimiz başa çatdıqda peyvəndimiz ən uyğun şərtlərdə bəşəriyyətin istifadəsinə təqdim olunacaq”.

Әlaqәli Xәbәrlәr