Feridun Sinirlioğlu Suriyadakı humanitar böhranı qiymәtlәndirib

Türkiyәnin Birlәşmiş Millәtlәr Tәşkilatındakı daimi nümayәndәsi Feridun Sinirlioğlu Türkiyәdә yarım milyondan çox suriyalının anadan olduğunu söylәyib.

1610873

Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurasının Suriyadakı humanitar vәziyyәtlә bağlı iclasında çıxış edәn Feridun Sinirlioğlu rejim qüvvәlәrinin öz xalqına qarşı müharibә elan etdiyini deyib.

Suriyada 10 ildәn çoxdur vәtәndaş müharibәsinin davam etdiyini xatırladan Feridun Sinirlioğlu qeyd edib ki, beynәlxalq ictimaiyyәt olaraq Suriyadakı şiddәti vә humanitar bohranı sona çatdıra bilmәdik.Ölkә daxilindә evlәrini tәrk edәn qaçınların sayının hәr ötәn gün artmasının qarşısını ala bilmәdik vә Suriyada humanitar yardıma möhtac insanlara lazımi qәdәr humanitar yardım çatdıra bilmәdik.

Feridun Sinirlioğlu Türkiyәdә ölkәlәrini bilmәdәn anadan olan yarım milyondan çox suriyalının yaşadığını  vә qaçqınların 86 faizinin tәhlükәsizlik sәbәblәrindәn ölkәlәrinә geri qayıtmaq istәmәdiyini söylәyib.

Әlaqәli Xәbәrlәr