Türkiyə İndoneziyada kilsəyə edilən terror hücumunu qınayıb

Xarici İşlər Nazirliyi İndoneziyanın Makassar şəhərində kilsələrdən birinə edilən və ən az 20 nəfərin yaralanmasına səbəb olan terror hücumunu qınayıb.

1610139

XİN-nin açıqlamasında bildirilib ki, İndoneziyanın Cənub Sulavesi əyalətinin Makassar şəhərində bir kilsəyə yönəldilmiş28 mart tarixində həyata keçirilən və ən a 20 nəfərin yaralanması ilə nəticələnən terror aktını dərin kədərlə öyrəndik. Terrorla uzun müddətdir mübarizə aparan və xeyli sayda vətəndaşını terrora qurban vermiş bir ölkə olaraq bu xain hücumu kəskin şəkildə qınayırıq. Hücum nəticəsində yaralananlara təcili şəfa diləyir, dost və qardaş İndoneziya xalqı və hökuməti ilə həmrəylik içində olduğumuzu vurğulamaq istəyirik.

Qeyd edək ki, İndoneziyanın Cənub Sulavesi əyalətinin Makassar şəhərində 2 motosikletli nəfərin bir kilsəyə etdiyi hücumda ən azı 20 nəfər yaralanıb.

Hücumun məsuliyyətini hələ də üzərinə götürən olmayıb. 

Әlaqәli Xәbәrlәr