Türkiyə Avropa İttifaqı Sammitində qəbul edilən yekun bəyannaməyə reaksiya verdi

Türkiyə Avropa İttifaqı (Aİ) Zirvəsinin yekun bəyannaməsində əsas götürülən hesabatın bir neçə üzv ölkənin dar düşüncəli iddialarının təsirində və Türkiyə-Aİ əlaqələrinin təktərəfli baxışı ilə hazırlandığını bildirdi.

1608705
Türkiyə Avropa İttifaqı Sammitində qəbul edilən yekun bəyannaməyə reaksiya verdi

Türkiyə Avropa İttifaqı (Aİ) Zirvəsinin yekun bəyannaməsində əsas götürülən hesabatın bir neçə üzv ölkənin dar düşüncəli iddialarının təsirində və Türkiyə-Aİ əlaqələrinin təktərəfli baxışı ilə hazırlandığını bildirdi.

Avropa İttifaqı Sammitində iştirak edən İttifaq ölkələrin liderlərinin videokonfrans formatında keçirdikləri yığıncağın yekun bəyannaməsinin Türkiyə ilə bağlı hissəsinə reaksiya göstərildi.

Xarici İşlər Nazirliyi tərəfindən Aİ Zirvəsinin yekun bəyannaməsilə bağlı verilən açıqlamada bu ifadələr yer alıb:

"Yekun bəyannamədə əsas götürülən Aİ Komissiyası sədrinin köməkçisi, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell və Aİ Komissiyası tərəfindən hazırlanan "Türkiyə ilə Aİ arasında siyasi, iqtisadi və ticari əlaqələrin vəziyyəti" başlıqlı hesabatın qiymətləndirmə hissəsi müsbət gündəmə səbəb kimi vurgulansa da, bir neçə üzv ölkənin dar düşüncəli iddialarının təsirində və Türkiyə-Aİ əlaqələrinə təktərəfli baxışla hazırlandığı görülmüşdür.

Bununla yanaşı, Türkiyə-Aİ əlaqələrini müsbət gündəm əsasında  inkişaf etdirmə mövzusunda hesabatla ortaya qoyulan əzmi və Zirvə Bəyannaməsində əks etdirilməyə cəhd edilən ifadələri alqışlayırıq.

Müzakirə edən namizəd ölkə olaraq Avropa İttifaqı ilə əlaqələrimizi üzvlüyün hədəfinə uyğun olaraq, əməkdaşlıq və qarşılıqlı fayda əsasında inkişaf etdirməyi səmimi qəlbdən arzulayırıq. Çünki gərginliyin azaldılması və dialoq kanallarının yenidən fəal hala gətirilməsi Türkiyənin və bəzi təmkinli Aİ üzvü dövlətlərin səyləri ilə mümkün ola bilmişdir. Bu kontekstdə Aİ tərəfindən müsbət gündəm əsasında konkret və konstruktiv addımların atılması qanuni gözləntimizdir. Ümid edirik ki, bu addımların Zirvə bəyannaməsində şərtlərdən asılı tutulması, yalnız müəyyən sahələrə toxunulması və iyun ayına təxirə salınması isə əlaqələrdəki mövcud müsbət sürətin məhv olmasına səbəb olmaz.

18 mart razılaşmasının köç mövzusunda əməkdaşlıq da daxil olmaqla bütün elementləri ilə yenilənərək həyata keçirilməyə davam edilməsi üçün Aİ ilə işləməyə hazır olmamıza və həmin mövzuda müsbət təkliflər təqdim etməmizə baxmayaraq, Aİ tərəfinin razılışmanın əsaslarını gözdən yayındıraraq seçimlər etməsi və anlaşılmaz ifadələrə yer vermək məcburiyyətində qalması birlikdə qlobal gücə çevirmək istədiyimiz Aİ baxımından zəif addımlar kimi qalmışdır. 

Hüququn üstünlüyü və əsas hüquqlar sahəsində dialoqdan daha çox, iştirak danışıqları çərçivəsində fəsil əsasında işləməyin vacibliyini düşünürük. Bu çərçivədə Aİ-nin yeni genişlənmə strategiyası çərçivəsinə uyğun olaraq 23 və 24-cü fəsillər açmasını gözləyirik.

Türkiyə Liviya, Suriya və Cənubi Qafqaz kimi regional böhranların həlli istiqamətində səylərini davam etdirəcəkdir. Bu məsələlərdə Aİ ilə əməkdaşlıq regional sülh və sabitliyin artması ilə ortaq maraqlarımızın inkişafına töhfə verəcəkdir. Bu baxımdan, yalnız regional məsələlərdə və səhiyyə sahəsində deyil, iqtisadiyyat, enerji, nəqliyyat, terrorla mübarizə, miqrasiya kimi ortaq maraqlarımıza xidmət edən bütün sahələrdə qurulmuş yüksək səviyyəli dialoq mexanizmlərinin dərhal işə salınmasının tərəfdarıyıq.

Yunanıstan-Rum ikilisinin maksimalist münasibətini və birtərəfli təxribat fəaliyyətini nəzərə almayan və ya Aİ həmrəyliyi ruhu ilə bunların qarşısını ala bilməyən Aİ-nin, ölkəmizin və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Şərqi Aralıq dənizində qazma işlərini qanunsuz olaraq görməsi beynəlxalq hüquqa ziddir. Aİ-nin bu mövzuda heç bir səlahiyyət və mühakimə haqqı da yoxdur. Digər tərəfdən Kıbrısla bağlı açıqlamalar isə, Kıbrıs Rum tərəfinin maraqlarını müdafiə edən və mümkün uzlaşmaya qatqı təmin etməyən ifadələrdir. Bəyannamədə Kıbrıs Türklərinə və onların qanuni hüquq və mənafelərinə toxunulmaması da Aİ-nin Kıbrısa qarşı qərəzli münasibətinin davam etdiyini göstərir.

İttifaqın ortaq maraqlarımız istiqamətlində atacağı müsbət addımlar namizəd Türkiyə tərəfindən müsbət addımlarla qarşılanacaqdır".



Әlaqәli Xәbәrlәr