TİKA Banqladeşdə 20 min qaçqına yemək verəcək

TİKA Arakanlı müsəlman qaçqınların yerləşdiyi Banqladeşdəki Cox Bazar düşərgəsində baş verən yanğında evsiz qalan təxminən 20 min adama gündə 2 dəfə yemək verəcək.

1608468
TİKA Banqladeşdə 20 min qaçqına yemək verəcək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Arakanlı müsəlman qaçqınların yerləşdiyi Banqladeşdəki Cox Bazar düşərgəsində baş verən yanğında evsiz qalan təxminən 20 min adama gündə 2 dəfə yemək verəcək.

Qısa müddət ərzində bölgədəki mətbəxi yenidən aktivləşdirən TİKA BMT Dünya Ərzaq Proqramı (WFP) ilə birlikdə 20 minə yaxın qaçqına gündə 2 dəfə isti yemək təmin edəcək.

Banqladeş səlahiyyətliləri tərəfindən isti yeməklərin çatdırılmasının təxminən 15 gün davam edəcəyi təxmin edilir.

Bu müddət ərzində TİKA yanğından təsirlənən Arakanlı qaçqınlara 24 saat fəaliyyət göstərək xörək paylamağa davam edəcək.

Burma İnsan Hüquqları Şəbəkəsi İcraçı direktoru (BHRN) Kyav Vin verdiyi açıqlamada 23 martda Cox Bazarda Balukali düşərgəsində baş verən yanğında 28 nəfərin öldüyünü, 40 nəfərdən çox adamın isə yaralandığını və təxminən 15 min sığınacağın məhv olduğunu bildirmişdi.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Banqladeş nümayəndəsi Cons Van der Klaauv da yanğından sonra 400 adama çata bilmədiyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr