2023-cü ilə qədər Türkiyənin 30 faizi meşəlik ərazi olacaq

Meşəçilik Baş İdarəsi həyata keçirilən ağacəkmə kampaniyaları çərçivəsində 2023-cü ilə qədər Türkiyədə 1,6 milyard ağac tinginin əkilməsinin nəzərdə tutulduğunu bildirib.

1608480

Meşəçilik Baş İdarəsinin müdiri Bekir Karacabey bu kampaniyaların başda ölkənin təhsil müəssisələri olmaqla, bir çox qurumlarında keçirildiyini deyib.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı İdarəsi (FAO) tərəfindən 1971-ci il martın 21-nin Dünya Meşəçilik Günü elan edildiyini xatırladan Bekir Karacabey bu tarixin 1975-ci ildən etibarən Türkiyədə də qeyd olunduğunu və 21-26 mart tarixlərinin ölkədə “Meşə Həftəsi” olduğunu deyib.

O bildirib ki, meşələrin insanlıq üçün nə qədər dəyərli olduğu iqlim dəyişikliyi ilə daha da çox özünü büruzə verib. Son 20 il ərzində Türkiyənin meşəlik ərazisi 2,1 milyon hektar artaraq 22,9 milyon hektara çatıb. Bu da Türkiyənin ümumi ərazisinin 29,4 faizini təşkil edir. Son beş ildə ərazisinin yaşıllıq hissəsinin artması baxımından Türkiyə dünya ölkələri arasında 46-cı yerdən 27-ci pilləyə yüksəlib.

B. Karacabey deyib ki, dövlət başçısı Ərdoğanın bizə göstərdiyi hədəflər istiqamətində 2023-cü ilədək ölkəmizin 30 faizini meşələrlə örtülü hala gətirəcəyik.

Әlaqәli Xәbәrlәr