Parlament sədrləri iclası Antalyada keçiriləcək

Parlament Başçılarının növbəti “Terrora qarşı Mübarizə və Regional əlaqələri gücləndirmə” konfransı Türkiyədə keçiriləcək.

1606619
Parlament sədrləri iclası Antalyada keçiriləcək

Məlumata görə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun ev sahibliyində 24-25 Martda Antalyada keçiriləcək konfransda Əfqanıstan Xalq Məclisi Başçısı Mir Rəhman Rəhmani, Pakistan Milli Məclisinin rəhbəri Əsəd Qaiser, İraq Nümayəndələr Palatasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Məhəmməd Rıda Əl Haydar; Çin Xalq Respublikası Milli Xalq Konqresinin Daimi Komitəsinin sədri Li Zhanshu, İran İslam Məsləhət Şurasının Xarici İşlər Komissiyasının sədri Mocteba Zonoori, Rusiya Federasiyası Dövlət Dumasının Xarici İşlər Komissiyasının sədri Leonid Slutskiy, onlayn iştirak edəcək. İran İslam Məsləhət Şurasının sədri Muhamməd Baqer Qalibaf da konfransın açılışına video mesaj göndərəcək.

Yığıncaqda Türkiyəni Məclis Başçılığı Komitəsi üzvləri, daimi komitələrin başçıları, Türk nümayəndə heyətinin başçısı, parlamentlərarası dostluq qrupunun sədri və millət vəkilləri arasında yaradılan və TBMM sədri Şəntopun başçılıq etdiyi heyət təmsil edəcək.



Әlaqәli Xәbәrlәr