Yunanıstan tərəfdən Türkiyə sularına itələnən qaçqınlar xilas edilib

Türkiyənin İzmir vilayətinin Dikili qəsəbəsi sahillərində Yunanıstan Sahil Təhlükəsizliyi qüvvələri tərəfindən Türkiyə sahillərinə qovulan 22 qaçqın quruya çıxarılaraq xilas edildi.

1605776
Yunanıstan tərəfdən Türkiyə sularına itələnən qaçqınlar xilas edilib

Balıkəsir vilayətinin Ayvalık qəsəbəsi yaxınlığında Yunanıstan Sahil Təhlükəsizliyi qüvvələri tərəfindən Türkiyə sularına qovulmuş 48 qaçqın xilas edilib.

Egey dənizində, Ayvalık sahillərində rezin qayıqda qaçqınların olduğu barədəki məlumat əsasında Türkiyənin Sahil Təhlükəsizlik Xidməti qrupları bölgəyə çatıb.

Midilli Adasına getməyə cəhd edərkən Yunanistan Sahil Təhlükəsizliyi tərəfindən Türkiyənin ərazi sularına itələndikləri öyrənilən 48 qaçqın Cunda adasındakı Sahil Təhlükəsizlik Komandanlığı Mərkəzinə aparılıb.

İzmir vilayətinin Dikili qəsəbəsi sahillərində də Yunanıstan Sahil Təhlükəsizliyi qüvvələri tərəfindən Türkiyə sahillərinə qovulan 22 qaçqın quruya çıxarılaraq xilas edildi.

Bölgədən kənarda rezin qayıqda bir qrup qaçqının olduğu barədəki məlumat əsasında Türkiyənin Sahil Təhlükəsizlik Xidməti qrupları hərəkətə keçib.

Yunanıstan Sahil Təhlükəsizliyi qüvvələri tərəfindən Türkiyə sularına itələndiyi bildirilən rezin qayıqdakı 22 qaçqın xilas edilib.

Digər tərəfdən, İzmirin Çeşme qəsəbəsi yaxınlığında Yunanıstan Sahil Təhlükəsizliyi qüvvələri tərəfindən dənizə atılan və 3 gündür axtarılan qaçqın Sahil Təhlükəsizlik Xidməti qrupları tərəfindən Boğaziçi adasında tapılıb.

16 yaşlı Somali vətəndaşı Məhəmməd Seyyidin səhhətinin yaxşı olduğu öyrənilib.



Әlaqәli Xәbәrlәr