Türkiyənin birinci xanımı Əminə Ərdoğana “UNDP”dən mükafat

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsində həyata keçirilən Sıfır Tullantı Layihəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Türkiyənin mükafatına layiq görülüb.

1605938
Türkiyənin birinci xanımı Əminə Ərdoğana “UNDP”dən mükafat

Türkiyədə ilk dəfə Sıfır Tullantı Layihəsinə veriləcək “Qlobal Hədəflər Mükafatı” 25 martda Ankarada təşkil ediləcək mərasimdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Türkiyə üzrə nümayəndəsi Claudio Tom tərəfindən Əminə xanım Erdoğana təqdim ediləcək.

Qeyd edək ki, 2017-ci ildə Əminə xanım Ərdoğanın himayəsində həyata keçirilən Sıfır Tullantı Layihəsiylə dayanıqlı inkişaf qaydaları çərçivəsində tullantıları nəzarət altına almaq, gələcək nəsillərə təmiz Türkiyə və yaşana bilən dünya ərmağan etmək məqsəd götürülüb.

 

 

 



Әlaqәli Xәbәrlәr