Əminə Ərdoğan su ilə bağlı SOS siqnalı verən mesaj paylaşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ümumdünya Su Ehtiyatları Günü münasibətilə mesaj paylaşaraq bildirib...

1606057
Əminə Ərdoğan su ilə bağlı SOS siqnalı verən mesaj paylaşdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan dünyanın bütün təbii qaynaqlarının bəşəriyyətin ortaq mirası olduğunu qeyd edərək təkcə son 1 ildə maska və cərrah əlcəyi kimi tullantıların dənizləri bürüdüyünə diqqət çəkib.

  Əminə Ərdoğan Ümumdünya Su Ehtiyatları Günü münasibətilə mesaj paylaşaraq bildirib: “Bütün canlıların həyat qaynağı olan su insanlara bərabər miqdarda lazımdır. Adambaşına düşən su miqdarı gün keçdikcə azalır. Dünyada milyonlarla insan susuzluqdan əziyyət çəkir. Hər gün minlərlə adam təmiz, içməli suyu tapa bilmədiyi üçün həyatını itirir.

  Alimlər 2050-ci ildə okeanlarda balıqların yerinə plastik şüşələr olacağı narahatlığını bildirir. Səth suları və yeraltı sular hər gün insan əliylə çirklənir. İstifadə edilən kimyəvi maddələr və yuyucuların sulara qarışması böyük təhdid yaradır, ekosistemin çökməsinə səbəb olur.   

  Təkcə son 1 il ərzində epidemiya ilə mübarizədə istifadə etdiyimiz maska və cərrah əlcəyi kimi tullantılar dənizləri zəbt edib. Bu səhv hamımızındır. Halbuki Yer üzü suları, meşələri və torpaqları ilə bütün canlıların ortaq yurdudur və hər kəsin təbiətdən bu payı bərabər alma haqqı vardır."



Әlaqәli Xәbәrlәr