"Türkiyə etibarlı ortaq olduğunu sübut etdi", E.Demmer

Egey dənizində insan qaçaqçılığının bais olduğu ölüm hadisələri

1603328
"Türkiyə etibarlı ortaq olduğunu sübut etdi", E.Demmer

 

  “Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı köç və suriyalı qaçqınlarla bağlı “18 mart müqaviləsi”ndə Türkiyə Almaniya ilə etibarlı ortaq olduğunu isbat etdi”, bu sözləri Almaniya hökuməti sözçülərindən Ulrike Demmer Federal Mətbuat Mərkəzindəki çıxışında söyləyib. O bildirib: “5 il əvvəl imzalanan “18 mart köç müqaviləsi” Almaniya və Türkiyənin ortaq uğurudur. Türkiyə etibarlı ortaq olduğunu sübut etdi.

  Qarşılıqlı maraqlar çərçivəsində hər iki tərəf müqaviləni birlikdə düzgün yerinə yetirdi.  

  Türkiyənin 3,6 milyon mühaciri öz ölkəsində saxlaması böyük tərifə layiqdir.

  Razılaşma Egey dənizində insan qaçaqçılığının bais olduğu ölüm hadisələrinin də azalmasına səbəb olub.  

  Aİ-nin yardımları sayəsində Türkiyə mühacirlərin sağlıq, təhsil və ictimai həyatlarının ehtiyaclarını qarşılayıb və həyat şərtlərinin yaxşılaşdırılmasını təmin edib. 1,8 milyon mühacirin hər gün həyat üçün lazımi ehtiyacları aradan qaldırılır. 660 min mühacir uşaq məktəbdə oxuyur.

  Avropa İttifaqının yardımları ünvanına xərclənir.”



Әlaqәli Xәbәrlәr