Prezident Rəcəb Tayyib Ərdoğan: "Son dövrdə Türkiyədəki beynəlxalq sərmayə qoyuluşunda artım oldu"

Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Əməkdaşlıq Platformasının təşkil etdiyi XI Boğaziçi Zirvəsində video-konfrans formatında çıxış edib.

1597258
Prezident Rəcəb Tayyib Ərdoğan: "Son dövrdə Türkiyədəki beynəlxalq sərmayə qoyuluşunda artım oldu"

"Son dövrdə Türkiyədəki beynəlxalq sərmayə qoyuluşunda artım oldu".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Əməkdaşlıq Platformasının təşkil etdiyi XI Boğaziçi Zirvəsində video-konfrans formatında etdiyi çıxışda deyib. 

Dövlət başçısı Türkiyənin tətbiq etdiyi iqtisadi və sosial siyasətlərlə yeni növ koronavirus (Covid-19) epidemiyasından ilk ildə ən az zərərlə ötüşən nadir ölkələrdən biri olduğunu söyləyib.

Ərdoğan "Səhiyyə infrastrukturumuzun gücü sayəsində, bütün vətəndaşlarımıza testdən müalicəyə qədər hər cür sağlamlıq xidməti göstərdik. 157 ölkəyə və 12 beynəlxalq təşkilata ən çətin günlərində tibbi dəstək və yardım göstərdik " deyib.

Keçən həftə açıqlanan böyümə və ixrac rəqəmləri Türkiyənin bu çətin müddətdə qazandığı müvəffəqiyyəti ortaya qoyduğunu vurğulayan dövlət başçısı "Türkiyə 2020-ci ildə qazandığımız 1,8 böyümə sürəti ilə Çindən sonra ikinci yeri tutdu. Sənaye istehsalı və ixracat sahəsində də oxşar bir uğurla qarşı-qarşıyayıq" ifadəsindən istifadə edib.

"Son illərdə ölkəmizə beynəlxalq sərmayə qoyuluşları artdı. Bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Xüsusi Sektor Mərkəzinin açıqlayacağı davamlı inkişaf məqsədləri Türkiyə sərmayədar xəritəsi əhəmiyyət daşıyır. Bunu qarşıdan gələn dövrdə də davam etdirməkdə qətiyyətliyik" deyə prezident Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr