Xivə Fəxri Vətəndaşı Çavuşoğlu Özbəkistanda tarixi məkanları ziyarət edib
Özbəkistan torpaqlarında 1511-1920-ci illər arasında 4 əsr hökm sürmüş Xivə Xanlığının paytaxtı Xivə şəhərində tarixi məkanlara baş çəkən Çavuşoğlu bu gəzintidən sonra Özbəkistan mətbuat nümayəndələrinin suallarını cavablandırıb




Rəsmi səfəri çərçivəsində Özbəkistanda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tarixi Xivə şəhərini gəzib.
Özbəkistan torpaqlarında 1511-1920-ci illər arasında 4 əsr hökm sürmüş Xivə Xanlığının paytaxtı Xivə şəhərində tarixi məkanlara baş çəkən Çavuşoğlu bu gəzintidən sonra Özbəkistan mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Türkiyə və Özbəkistan arasındakı ikitərəfli əlaqələrin Rəcəb Tayyib Ərdoğan və Şövkət Mirziyoyevin liderlikləri sayəsində daha yaxşı mərhələyə gəldiyinə toxunan Türkiyə xarici işlər naziri deyib: “Tərəflər əlaqələri mədəniyyət, turizm, təhsil və əkinçilik kimi fərqli sahələrdə daha da inkişaf etdirmək istəyir. Biz həm də ümumtürk dünyasının birliyi, bölgənin sabitliyi və dincliyi üçün də birlikdə çalışırıq.
Ölkə başçımız Ərdoğan Xivə, Buxara və Səmərqənddə otellərin inşa edilməsiylə bağlı Türkiyə şirkətlərinə təlimat verib.
Türkiyə Hava Yolları da “Covid-19” epidemiyası yumşalandan az sonra Buxaraya uçuşlar planlaşdırır. Uçuşlar başlanınca yəqin ki, Türkiyənin hər yerindən vətəndaşlarımız gəlib bu gözəllikləri və tarixi əsərləri öz gözlərilə görmək istəyəcəklər.”
Xivə Fəxri Vətəndaşlığı verilən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tarixi Xarəzm bölgəsinə aid sərgiyə də baxıb.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 aprel)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 288 ölüm faktı qeydə alınıb.

“Türkiyənin “Covid-19”la mübarizəsi Qərbdə nümunə göstərilir”, R.T.Ərdoğan
Hasankeyf-2 körpüsünün açılış mərasiminə İstanbuldakı Huber köşkündən qatılan Ərdoğan deyib...