SİHA-dan MAM-L mərmisi ilə bu günə qədərki ən uzun mənzilli atəş açıldı
Türkiyənin Egey və Şərqi Aralıq dənizlərində reallaşdırdığı “Mavi Vətən 2021” hərbi təlimləri davam edir

Türkiyənin Egey və Şərqi Aralıq dənizlərində reallaşdırdığı “Mavi Vətən 2021” hərbi təlimlərində Silahlı Pilotsusz Uçan Aparatlardan (SİHA) MAM-L mərmisi ilə bu günə qədərki ən uzun mənzilli atəş açılıb.
Yerli və milli silah sistemləri və yerləşdiyi gəmilərin sınaqdan keçirilməsi, Türkiyə Silahlı Qüvvələrinin hərəkata hazırlıq səviyyəsinin yoxlanılması və qüvvələr arasında müştərək çalışma anlayışının artırılması məqsədiylə reallaşdırılan “Mavi Vətən 2021” manevri ilə əlaqədar Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat paylaşıb.
Məlumatda bildirilir: “Mavi Vətən 2021” hərbi təlimlərində SİHA-dan MAM-L mərmisi ilə bu günə qədərki ən uzun mənzilli atəş açılıb. Dəniz Donanmasının inventarındakı TB-2 SİHA-dan milli imkanlarla inkişaf etdirilən, lazer idarə olunan MAM-L mərmisi ilə Şərqi Aralıq dənizindəki suüstü hədəf tam nişan alınaraq vurulub".
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (17 aprel)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 288 ölüm faktı qeydə alınıb.

“Türkiyənin “Covid-19”la mübarizəsi Qərbdə nümunə göstərilir”, R.T.Ərdoğan
Hasankeyf-2 körpüsünün açılış mərasiminə İstanbuldakı Huber köşkündən qatılan Ərdoğan deyib...