"Səmərqənd Baş Konsulluğu Türkiyə-Özbəkistan qardaşlığının yeni bir simvolu olacaq", M.Çavuşoğlu

Rəsmi səfəri çərçivəsində Özbəkistanda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında deyib...

1596673
"Səmərqənd Baş Konsulluğu Türkiyə-Özbəkistan qardaşlığının yeni bir simvolu olacaq", M.Çavuşoğlu

 

  Rəsmi səfəri çərçivəsində Özbəkistanda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan baş nazirinin turizm üzrə müavini Əziz Əbdülhakimov, xarici işlər naziri Əbdüləziz Kamilov, Türkiyənin Özbəkistan üzrə səfiri Olqan Bekar və Türkiyənin Səmərqənddəki baş konsulu Saleh Canerin iştirakıyla təşkil edilən Türkiyənin Səmərqənddəki Baş Konsulluğunun açılışını edib. Burada etdiyi çıxışında M.Çavuşoğlu deyib: “Səmərqənd Baş Konsulluğu Türkiyənin ata yurdu olan Özbəkistanla əbədi qardaşlığın yeni bir simvolu olacaq. Baş konsulluğun açılışı keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan prezidenti Şövkət Mirziyoyev tərəfindən birlikdə razılaşdırılıb.

  Özbəkistanı ilk tanıyan Türkiyə cümhuriyyəti olub və bu ölkədə ilk səfirlik açma təklifi də bizdən gəlib, ancaq qardaş Qazaxıstan bizdən əvvəl Səmərqənddə baş konsulluğunu açıb.

  Təbii ki, Özbəkistanda bizim hər missiyamız əhəmiyyətlidir, amma mədəniyyətimizin qədim şəhəri Səmərqənddə konsulluğumuzun açılmasının xüsusi mənası var.

  Yaxınlarda ölkəyə Olqan Bekarın səfir təyin edilməsi də Türkiyə-Özbəkistan əlaqələrinə töhfələri artıracaq.

  Qısa zaman içində açılış mərasimini hazırlayan Səmərqənd baş konsulu Saleh Canerə təşəkkür edirəm.

  İnşaallah, Türkiyənin Səmərqənd Baş Konsulluğu burada yaşayan vətəndaşlarımıza və bütün özbək qardaşlarımıza yaxşı xidmət göstərəcək.”

  Sonda Çavuşoğlu Özbəkistanda “Xatun qızlar günü” adlanan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin xanımlarını təbrik edib, ən xoş arzularını bildirib.



Әlaqәli Xәbәrlәr