"Türkiyə və Türkmənistan arasında siyasi əlaqələrin mükəmməlliyi yetməz, lazımdır ki..." M.Çavuşoğlu

5-10 mart Orta Asiya səfərinin ilk dayanacağı Türkmənistan

1596400
"Türkiyə və Türkmənistan arasında siyasi əlaqələrin mükəmməlliyi yetməz, lazımdır ki..." M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Türkmənistan arasındakı ikitərəfli əlaqələrin mükəmməl olduğunu söyləyib.

  5-10 mart Orta Asiya səfərinin ilk dayanacağı Türkmənistan olan M.Çavuşoğlu paytaxt Aşqabadda Nazirlər Kabinetinin sədr müavini və xarici işlər naziri Rəşid Mərədovla bir araya gəlib. Görüşdən sonra etdiyi çıxışında Çavuşoğlu deyib: “Türkiyə və Türkmənistan iki qardaş ölkədir. Münasibətlərimizin bugünkü səviyyəsindən məmnunuq, amma əlaqələrimizi daha yaxşı mərhələyə aparmaq üçün respublika başçılarımızın liderliyində işlər görülməlidir.

  Türkmənistan prezidenti Qurbanquli Berdiməhəmmədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla etdiyi telefon söhbəti zamanı onu ölkəsinə dəvət edib.

  Bu il əlaqələrimizi daha da inkişaf etdirmək üçün əhəmiyyətli fürsətlər vardır.

  Türkmənistan İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının dövri sədridir. 2021-ci ilin 28 noyabrında Türkmənistanda qurumun zirvə toplantısı olacaq. Bu zaman qurumun dövri sədrliyi Türkiyəyə keçəcək.

  Bu il Türk Şurasının da zirvə toplantısı olacaq və Türkiyə dövri sədrliyi Azərbaycandan təhvil alacaq. Ölkə başçımız Ərdoğan Türkmənistan prezidentini sözü gedən tədbirə dəvət edib.

  Amma siyasi əlaqələrimizin mükəmməlliyi yetməz, energetika, iqtisadiyyat, nəqliyyat və digər əhəmiyyətli məsələlərdə də əməkdaşlıq potensialı var. Bunları həyata keçirmək üçün daha məhsuldar çalışacağıq."



Әlaqәli Xәbәrlәr