Türkiyә Somalidә törәdilәn terror aktını qınadı

Türkiyә Somalidә törәdilәn terror aktını kәskin dillә qınayıb.

1596120
Türkiyә Somalidә törәdilәn terror aktını qınadı

 

Türkiyә Somalidә törәdilәn terror aktını kәskin dillә qınayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Moqadişo limanı yaxınlığındakı restoranlardan birinin qarşısında törәdilәn terror aktı nәticәsindә çox adamın hәlak olması vә yaralanması ilә әlaqәdar xәbәr bizi kәdәrlәndirib. Bu xain hücumu kәskin dillә qınayırıq.Qardaş Somali xalqına  vә hökumәtinә başsağlığı, hәyatını itirәnlәrә rәhmәt, xәsarәt alanlara şәfa dilәyirik. Terrorla mübarizә mәsәlәsindә  dost vә qardaş Somali xalqının yanında olmağa davam edәcәyimizi bir daha vurğulayırıq’’.

Qeyd edәk ki, Somalidә törәdilәn terror aktı nәticәsindә 20-dәn çox adam hәlak olmuşdu, 30-dan çox adam da xәsarәt almışdı.



Әlaqәli Xәbәrlәr