Türkiyә prezidenti Bitlisdә şәhid olan hәrbçilәrin cәnazә mәrasiminә qatılıb

Türkiyәnin Bitlis şәhәrindә baş verәn helikopter qәzası nәticәsindә şәhid olan 11 hәrbçi ilә әlaqәdar paytaxt Ankaradakı Әhmәd Hamdi Akseki mәscidindә cәnazә mәrasimi tәşkil edilib.

1595959
Türkiyә prezidenti Bitlisdә şәhid olan hәrbçilәrin cәnazә mәrasiminә qatılıb
şehitler.jpg

 

Türkiyәnin Bitlis şәhәrindә baş verәn helikopter qәzası nәticәsindә şәhid olan 11 hәrbçi ilә әlaqәdar paytaxt Ankaradakı Әhmәd Hamdi Akseki mәscidindә cәnazә mәrasimi tәşkil edilib.

Mәrasimә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan, Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop, Türkiyәnin vitse-prezidenti Fuad Oqtay, Cümhuriyyәt Xalq Partiyasının (CHP) sәdri Kemal Kılıçdaroğlu, Milliyәtçi Hәrәkat Partiyasının (MHP) sәdri Dövlәt Baxçalı, Türkiyәnin milli müdafiә naziri Hulusi Akar, әtraf mühit vә şәhәrsalma naziri Murat Kurum, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr vә hәrbi qüvvәlәrin komandanları qatılıblar.

Cәnazә mәrasimindә çıxış edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ordumuza vә xalqımıza sәbr dilәyirik’’.

Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib ki, martın 4-də Bingöl şəhərindən qalxan "Cougar" tipli helikopter ilə əlaqə yerli vaxtla saat 14:25-də kəsilib. Bölgәdә hәyata keçirilәn axtarış әmәliyyatları zamanı helikopterin qәzaya uğradığı tәsbit edilib.

Qəzaya düşən helikepterdə 11 hərbçi şəhid olub, 2 əsgər isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.

 

 



Әlaqәli Xәbәrlәr