Helikopter qəzasının ilkin səbəbləri açıqlanıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin şərqində yerləşən Bitlis şəhərində hərbi helikopterin qəzaya uğramasının hava şəraitinin qəfil pisləşməsi ilə bağlı olduğunu bildirib.

1595442
Helikopter qəzasının ilkin səbəbləri açıqlanıb

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin şərqində yerləşən Bitlis şəhərində hərbi helikopterin qəzaya uğramasının hava şəraitinin qəfil pisləşməsi ilə bağlı olduğunu bildirib. 

Hulusi Akar “İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır” deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını qeyd edərək, hadisənin dəqiq səbəbinin ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcəyini vurğulayıb.

Hulusi Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Nazir şəhid olan 11 hərbçinin məmləkətlərinə yola salınması üçün Elazığ Hava Limanında keçirilən mərasimdən sonra jurnalistlərə verdiyi açıqlamada da yaralanan əsgərlərin vəziyyətinin yaxşı olduğunu söyləyib. 

Qeyd edək ki, milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Martın 4-də Bingöl şəhərindən qalxan "Cougar" tipli helikopter ilə əlaqə yerli vaxtla saat 14:25-də kəsilib. Qəzaya düşən helikepterdə 11 hərbçi şəhid olub, 2 əsgər isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.



Әlaqәli Xәbәrlәr