Bitlis şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi şəhid olub

Hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.(YENİLƏNİB)

1595267
Bitlis şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 hərbçi şəhid olub

Milli Müdafi Nazirliyinin məlumatına görə, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Məlumatda bildirilib ki, Bingöl şəhərindən qalxan "Cougar" tipli helikopter ilə əlaqə yerli vaxtla saat 14:25-də kəsilib. Aparılan axtarış-xilasetmə fəaliyyətlərində meteoroloji səbəblərdən qəzaya düşən helikepterdə 11 hərbçi şəhid olub, 2 əsgər isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda şəhid sayı 9 olaraq açıqlanmışdı.

Digər tərəfdən, milli müdafiə naziri Hulusi Akar müşayiətində Baş Qərargah rəisi Yaşar Güler və Quru Qoşunları komandanı Ümit Dündar ilə helikopter qəzası ilə əlaqəli tədqiqatlar aparmaq üçün bölgəyə gedib. 



Әlaqәli Xәbәrlәr