Türkiyә vә Fransa prezidentlәri arasında görüş olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş olub.

1593838
Türkiyә vә Fransa prezidentlәri arasında görüş olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında görüş olub.

Görüşdә ikitәrәfli vә Türkiyә ilә  Avropa İttifaqı arasındakı münasibәtlәr müzakirә olunub.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rәcәb Tayyib Әrdoğan görüşdә Türkiyә ilә Fransa arasındakı әmәkdaşlığın yüksәk potensiala malik olduğuna inandığını ifadә edib. Fransanın yeni növ koronavirusla  mübarizәsini yaxından izlәdiklәrini dilә gәtirәn Rәcәb Tayyib Әrdoğan deyib ki, ölkәm vә xalqım adından epidemiya sәbәbindәn hәyatını itirәn Fransa vәtәndaşları ilә әlaqәdar başsağlığı dilәyirәm.

Türkiyәnin vaksinasiya prosesini davam etdirdiyini bildirәn prezident Rәcәb Tayyib Әrdoğan indiyәdәk tәxminәn 10 milyon vәtәndaşa vaksin tәtbiq edildiyini söylәyib.

Rәcәb Tayyib Әrdoğan bu il Ankara müqavilәsinin 100-cü ildönümü olduğuna toxunaraq Türkiyә-Fransa münasibәtlәrindә liderlәr arasında yaradılan dialoqun hәr zaman böyük rolu olduğunu bildirib.

‘‘NATO-nun iki güclü müttәfiqi olaraq Avropadan Qafqaza, Yaxın Şәrqә vә Afrikayadәk tәhlükәsizlik, sabitlik vә sülhün tәmin olunması üçün göstәrilәn sәylәrә ciddi töhfәlәr verә bilәrik. Vәtәndaşlarımızın tәhlükәsizliyinә tәhlükә yaradan terror tәşkilatları ilә mübarizәdә dә birgә addımlar ata bilәrik.Bütün bu mövzularda Türkiyә vә Fransanın hәmrәylik çәrçivәsindә hәrәkәt etmәsini arzulayırıq’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb. 



Әlaqәli Xәbәrlәr