"Yeni və vətəndaş konstitusiyasını müzakirəyə açırıq", R.T.Ərdoğan

Kabinet yığıncağından sonra açıqlamalar verən R.T.Ərdoğan bildirib...

1593051
"Yeni və vətəndaş konstitusiyasını müzakirəyə açırıq", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Yeni və vətəndaş konstitusiyası məsələsini müzakirəyə açaraq hər kəsin qatqısını almaq üçün yola çıxırıq", - dedi.

  Kabinet yığıncağından sonra açıqlamalar verən R.T.Ərdoğan bildirib: “Siyasi qurumun ən mühüm məsuliyyətlərindən biri Türkiyənin ayağına vurulan çevriliş konstitusiyası qandalından qurtulmaqdır. Təəssüf ki, bu günə qədər millətimizə layiq yeni və vətəndaş konstitusiyası xəyalına qovuşa bilməmişik.

  Bütün partiyalar başda olmaqla sözü olan hər kəsi yeni və vətəndaş konstitusiyası hazırlanması müddətində quruluşçu anlayışla iştiraka dəvət edirik. Hər kəsin qatqısını almaq üçün bir yola çıxdıq, özümüz isə artıq bu işlərə başladıq”.



Әlaqәli Xәbәrlәr