Türkiyə Myanmanı qınayıb

Türkiyə Myanmada təhlükəsizlik qüvvələrinin sülh məqsədli nümayiş keçirən mülki insanlara nisbətsiz güc tətbiqini sərt dillə qınayıb.

1592404
Türkiyə Myanmanı qınayıb

Türkiyə Myanmada təhlükəsizlik qüvvələrinin sülh məqsədli nümayiş keçirən mülki insanlara nisbətsiz güc tətbiqini sərt dillə qınayıb.

Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bildirilib ki, Myanmada 1 fevral 2021-dəki hərbi çevrilişdən sonra ölkədəki sabitliyin tədricən pisləşdiyini böyük narahatlıqla müşahidə edirik. 
Təhlükəsizlik qüvvələri tərəfindən dinc nümayişlər təşkil edən mülki əhaliyə nisbətsiz güc tətbiq edilməsini və bunun bir çox mülki insanın ölümünə səbəb olmasını qəti şəkildə qınayırıq.

Açıqlamada ölkədə sülh və sabitliyi təmin etmək üçün demokratiyanın qısa müddətdə bərpası və dinc nümayişçilərə qarşı zorakılığın dayandırılması üçün addımlar atılması üçün də çağırış edilib.

Qeyd edək ki, Myanmanın yeddi şəhərində hərbi çevrilişə qarşı etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə azı 18 etirazçı ölüb.

Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.

Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.



Әlaqәli Xәbәrlәr