Mövlud Çavuşoğlu xorvatiyalı həmkarı ilə telefonla danışıb
Xarici işlər naziri Mövlud Çavuşoğlu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrılık-Radman ilə telefonla danışıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrılık-Radman ilə telefonla danışıb.
Telefon danışığında Çavuşoğlunun Xorvatiyaya səfəri zamanı gündəmdə olmuş məsələlərin təqibi mövzusu müzakirə olunub.
Qeyd edək ki, Çavuşoğlu 26 fevralda Xorvatiyada rəsmi görüşlər keçirmişdi.
Səfər çərçivəsində Xorvatiya prezidenti Zoran Milanoviç tərəfindən qəbul edilən Çavuşoğlu görüşlərində mövcud regional problemləri müzakirə etmişdi.
Çavuşoğlu Xorvatiyanın Bosniya və Herseqovinadakı roluna böyük əhəmiyyət verdiyini bildirərək Türkiyə-Xorvatiya-Bosniya və Herseqova üçlü mexanizminin liderlər səviyyəsinə çıxarılma qərarını verdiklərini bəyan etmişdi.
Nazir Çavuşoğlu Xorvatiya proqramı çərçivəsində 2020-ci ilin son həftəsində zəlzələnin təsirli olduğu Petrinja bölgəsində də olmuşdu.
Әlaqәli Xәbәrlәr

Türkiyənin Azərbaycandakı yeni səfiri vəzifəsinin icrasına başladı
Bu barədə Türkiyə səfirliyinin “twitter” səhifəsində bildirilib