“Əfqanıstanın Türkiyənin yanında xüsusi yeri vardır, çünki…” R.T.Ərdoğan

Ərdoğanın məktubu Qabildə təşkil edilən mərasimdə oxunub

1593001
“Əfqanıstanın Türkiyənin yanında xüsusi yeri vardır, çünki…” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türk tarixində Əfqanıstanın Qurtuluş Müharibəsində verdiyi dəstəyin və Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətini tanıyan ilk ölkələrdən biri olmasının bizim üçün xüsusi yeri var”, - deyib.

  R.T.Ərdoğanın Türkiyə və Əfqanıstan arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümü münasibətilə Əfqanıstan prezidenti Əşrəf Qaniyə göndərdiyi məktub Qabildə təşkil edilən mərasimdə Türkiyənin Əfqanıstan səfiri Oğuzhan Ərtoğrul tərəfindən oxunub. Məktubda deyilir: “İki ölkə arasında diplomatik əlaqələrin 100 illik bir keçmişi olsa da, iki xalq arasındakı qardaşlıq bağları daha qədimə uzanır. İki millət də Mövlanənin xoşgörüş anlayışı ətrafında birləşən ortaq bir tarix və mədəniyyəti paylaşır. Bu əlaqələr hər sahədə inkişaf etdirilməli və gələcək nəsillərə ötürülməlidir.

  Əfqanıstanın türk millətinin qəlbində hər zaman xüsusi yeri olub. Bu sevgi Səlcuqlu imperatorluğuyla başlayıb, Türkiyə Cümhuriyyətinin elanından (29 oktyabr 1923) sonra daha da inkişaf edib. Türk tarixində Əfqanıstanın Qurtuluş Müharibəsində verdiyi dəstəyin və Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətini tanıyan ilk ölkələrdən biri olmasının bizim üçün xüsusi yeri var. İki ölkə həmişə həm yaxşı, həm pis gündə bir-birinin yanında olub.

  Türkiyə Əfqanıstanda səfirlik açan ilk ölkədir.

  Dost və qardaş Əfqanıstan xalqının yanında olmağa və iki ölkə arasında köklü əlaqələri hər sahədə daha da inkişaf etdirməyə fədakarlıqla davam edəcəyik”.  



Әlaqәli Xәbәrlәr