Türkiyə yunanların sərhəddəki davranışını qınadı

“Twitter”dən etdiyi paylaşmasında Ö.Çelik yazıb...

1592158
Türkiyə yunanların sərhəddəki davranışını qınadı

 

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Yunanıstan əsgərlərinin Ədirnə sərhədində qaçqınlarla sərt rəftarını, onların pullarına və pasportlarına əl qoymasını qınadı.

  “Twitter”dən etdiyi paylaşmasında yunanların didərginlərə qarşı insana yaraşmayan yanaşmasını davam etdirdiyini bildirən Ö.Çelik yazıb: "Yunanıstan hərbçilərinin Ədirnə sərhədində immiqrantları incitməsini, pullarına, pasportlarına, hətta ayaqqabılarına əl qoyaraq sərhəd xəttindən geri itələməsini qınayırıq.

  Avropa İttifaqı sərhədlərində bu insanlıq xarici tətbiqlərə icazə verməməlidir. Bu, sərhədqoruma deyil, insan haqları pozuntusudur. Belə bir sərhədqoruma vəzifəsi ilə insan haqları və dəyərlərindən danışmaq yersizdir.

  Xalqımız hər zaman məzlumların yardımçısı olub və bu, bizim ən böyük qürur mənbələrimizdən biridir. Aralarında qadın və uşaqların da olduğu 29 qaçqını qurtaran Mehmetciyimizi təbrik edirik."



Әlaqәli Xәbәrlәr