Hulusi Akar Havelsanda olub

Hulusi Akar sona çatdırılan vә davam edәn layihәlәrlә bağlı bәyanatlar verib.

1591782
Hulusi Akar Havelsanda olub

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr, Quru Qoşunları komandanı Ümit Dündar, Hәrbi Dәniz Qüvvәlәri komandanı Adnan Özbal vә Hәrbi Hava Qüvvәlәri komandanı Hasan Küçükakyüz Havelsanda (Hava Elektron Sәnayesi) olublar.

Hulusi Akar sona çatdırılan vә davam edәn layihәlәrlә bağlı bәyanatlar verib.

Çıxışında müdafiә sәnayesinin әhәmiyyәtinә toxunan Hulusi Akar deyib: ‘‘Dostlarımız, müttәfiqlәrimiz, dost hesab etdiklәrimiz istәdiyimiz vә pulunu ödәdiyimiz marerialları bizә vermәmәk mәsәlәsindә israr edir. Atılan bütün addımlara baxmayaraq bu mövzuda ciddi problemlәr var’’.

Kritik әhәmiyyәtә malik silah vә sistemlәrin Türkiyәnin suverenlik vә müstәqilliyi ilә  eyni sәviyyәdә olduğunu bildirәn Hulusi Akar deyib: ‘‘ Müdafiә sәnayesindә milli istehsal 70 faizәdәk yüksәlib. Türkiyә Silahlı Qüvvәlәri tarixdәn gәlәn milli, mәnәvi dәyәrlәrinә uyğun olaraq yalnız öz ölkәsi vә xalqı üçün deyil, BMT, NATO vә ATӘT çәrçivәsindә havada, quruda vә dәnizdә bölgә vә dünya sülhünә öz töhfәsini vermәyә davam edir’’.

Hulusi Akarın rәhbәrliyindәki heyәt daha sonra Simulyasiya və Platform İdarəetmə Texnologiyaları binasına baxış keçirib.

 


 



Әlaqәli Xәbәrlәr