Hulusi Akar Qara və S-400 mövzuları ilə əlaqəli Aİ-yə reaksiya göstərib

Milli müdafiə naziri Hulusi Akar "Avropa İttifaqı artıq ikiüzlü siyasətinə son qoymalıdır" deyib.

1591291
Hulusi Akar Qara və S-400 mövzuları ilə əlaqəli Aİ-yə reaksiya göstərib

"Avropa İttifaqı artıq ikiüzlü siyasətinə son qoymalıdır".
Bunu milli müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən vətəndaşların şəhid olduğu hücumla əlaqəli Kasyeri şəhərində verdiyi açıqlamada bildirib. 

Akar "Hər kəs PKK-nın Qaradakı qəddarlığını və caniliyini görməlidir" deyə vurğulayaraq, "Aİ insan hüquqları' deyir. Qarada şəhid olan günahsız vətəndaşlarımızın yaşamaq hüququ nə olacaq? Demokratiya havadarları artıq riyakarlıqlarına son qoymalıdır" deyib. 

Hulusi Akar Türkiyənin gəmisi "TCG Çeşmə"ye Yunanıstanın F-16 qırıcıları tərəfindən təcavüz edilməsinə lazımi cavabı verildiyini ifadə edib: "Bu yanaşmanın qonşuluq münasibətləri üçün uyğun olmadığını bir daha ifadə edirik".

Müdafiə naziri ABŞ və ilə yaşanan (Rusiyadan alınan) S-400 (raketdən müdafiə sistemi) ilə də əlaqəli olaraq, bu məsələnin milli bir məsələ olduğunu, Türkiyənin suverenlik hüququndan istifadə etdiyini söyləyib.

S-400 müdafiə sisteminin lazım olduqda təhdid və təhlükələrə qarşı istifadə ediləcəyini ifadə edən Akar "Türkiyəyə qarşı hücum niyyəti yoxsa heç kəsə zərəri olmaz. S-400-ü NATO sistemindən müstəqil istifadə edəcəyik. S-400 məsələsi üzərindən ölkəmizə F-35 başda olmaqla bəzi məhdudiyyətlər tətbiq olunması müttəfiqliq ruhuna uyğun deyildir" deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr