Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə start verildi

Ölkənin Hərbi Donanması ilə yanaşı, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin də iştirak edəcəyi təlimlər Egey və Aralıq dənizlərinin Türkiyəyə aid ərazi sularında keçirilir.

1590715

Təlimlərdə pilotsuz uçuş aparatlarının (PUA) dəniz əməliyyatlarında operativ və taktiki sınaqlarının keçirilməsi, Hərbi Dəniz Qüvvələrinə bağlı qərargah, birlik və gəmilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulur.

Təlimlərə Hərbi Donanmanın 82 gəmi, 5 dəniz polisi təyyarəsi, 12 dəniz helikopteri, PUA-lar, “Amfibiya” dəniz piyada birlikləri və SAT/SAS qrupları, Quru Qoşunlarına aid helikopterlər, Hərbi Hava Qüvvələrinin F-16, F-4 qırıcı təyyarələri, eləcə də Havadan Xəbərdarlıq və Nəzarət (HİK) təyyarələri, Sahil Mühafizə Xidməti və digər qurumların qüvvələri də cəlb olunub.

Təlim fevralın 25-dən martın 7-dək davam edəcək. 

Әlaqәli Xәbәrlәr